Qusarın İmamqulu kəndində yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə Qusar rayon sakinləri - 1970-ci il təvəllüdlü Osmanov Burzu Taciddin oğlu və 2005-ci il təvəllüdlü Osmanov Nəriman Burzu oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.