
Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə Sabunçu rayonunda növbəti tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan əvvəllər məhkum olunmuş Maştağa qəsəbəsi sakini 1974-cü il təvəllüdlü Eldar Babayev tutulub.
Ondan narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Faktla bağlı 14-cü polis şöbəsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.