Qusar şəhərində ümumi sahəsi 90 m² olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 1 m² sahədə və 3 p.m elektrik kabeli yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.