Naftalanda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Naftalan şəhər sakini, 1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfat edib.
İlkin məlumata görə Firuz Qocayev intihar etmək məqsədilə özünü güllələyib.
Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırma aparılır.
Firuz Qocayev Naftalan şəhərində yerləşən sanatoriyaların birini sahibi olub.