Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilir ki, hadisə yanvarın 2-si saat 21:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.
Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.