Qazax şəhəri ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.