Sabirabad rayonu, Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu ilin iyulun 10-da Sabirabad rayonu Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 1987-ci il təvəllüdlü Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilib.

Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib. O, müharibə dövründə “Mauqli” ləqəbi ilə tanınıb.