Sabirabad rayonunda qız qaçırılması ilə bağlı polis məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, iyunun 21-də Sabirabad rayonunun Suqovuşan kənd sakini Ə.Həsənov rayon polis şöbəsinə müraciət edərək həmin gün saat 17 radələrində qız nəvəsinin naməlum şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirib.

Həmin gün saat 21 radələrində rayonun Nərimankənd kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü İ. İsmayılov yol polisinin əməkdaşlarına yaxınlaşıb avtomobilində olan 2 sərnişinin özlərini şübhəli aparmalarını bildirib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakini R.Mirzəyev və qaçırılan qız olması müəyyən olunub.

Onlar saxlanılaraq Sabirabad rayon polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.