Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Eyvazov ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.