Bakının Nərimanov rayonu ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.