Bakının Nəsimi rayonunda itkin düşən 15 yaşlı Xanım Bayramova Abşeron rayonu ərazisində tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Bu səbəbdən 15 yaşlı qızın itkin düşməsi barədə Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsində başlanılan axtarışlar dayandırılıb.

***

11:42

Bakının Nəsimi rayonunda 15 yaşlı qız yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, paytaxt sakini S.İsayev Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

“Şəkildə gördüyünüz 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.