Abşeron rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşı dərhal Daxili İşlər Nazirliyinin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.