Biləsuvar rayonunun Arazbari kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.
Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Faktla bağlı Biləsuvar rayon polis şöbəsində araşdırma aparılır.