Azərbaycanda bu il ərzində 102 intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev bildirib.
Qeyd edib ki, ötən il ölkə ərazisində 612 intihar hadisəsi qeydə alınıb. O bildirib ki, onlardan 438 nəfər kişidir: "İntihar edənlərin 174 nəfəri qadın, 46 nəfər yetkinlik yaşına çatmayanlardır".