Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, sıxlıq ağır yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Şəhər mərkəzi və “Koroğlu” m/st-sı istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Qəza ilə əlaqədar ASK Arenadan Koroğlu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.