Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Mustafayevdən heroin aşkar edilib.
Teleqraf.com xəbər verir ki, ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 1 mağazadan 150 manat pul və 2000 manat dəyərində tütün məmulatı, 1 köşkdən 3000 manat dəyərində tütün məmulatı, 1 gözəllik salonundan isə 1100 manat dəyərində mobil telefon, səsgücləndirici və ətirlər oğurlaması da müəyyən edilib.