Saatlı rayon polis şöbəsinin əməkdaşları rayonun Sarıcalar kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb.

3 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.