Ağsu rayon polis şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.