Şəmkir rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 6 ədəd mobil telefon oğurlanıb.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qasımalılar kənd sakini T.Salahlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.