Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 11-də həyata keçirilən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 4 nəfər aktiv koronavirus xəstəsi icimai yerlərdə müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər xüsusi nəzarətlə evə qaytarılıb.

Onlardan 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.