Cəlilabad və Astarada polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş daha iki şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cəlilabad rayon sakini İ.İsazadə və Astara sakini M.Nəbiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdikləri müəyyən edilib və onlar ictimai yerdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.