Qəbələ rayonunda yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Vəndam qəsəbəsində ümumi sahəsi 45 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.