Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Ağalıkənd kəndi ərazisində Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində araşdırma aparılır.