Qusar rayonunda yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, rayonun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanov idarə etdiyi “VAZ-21010” markalı avtomobili su arxına aşırıb.

Nəticədə avtomobildəki sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qusar rayon polis şöbəsində araşdırma aparılır.