Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Nic qəsəbəsi ərazisində qəsəbə sakini Səxavət Muradxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub və sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.