Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkmiş hökmə etiraz edib.

Teleqraf.com xəbər verir ki, Sənan İsmayılov ona güllə ilə xəsarət yetirən Vəli Əhmədovun barəsində çıxarılan hökmə etiraz edib.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Vəli Əhmədova hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində olan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib.

Məhkəmənin hökmü ilə Vəli Əhmədov 5 il müddətinə azadlıqdan məhrum olunub.

Dövlət ittihamçısı çıxışında Vəli Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib.

Sənan İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəli Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi “Vinçester” markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.