2015-ci ilin yanvar-oktyabr ayları üzrə operativ məlumata əsasən, Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökümət” portalı və “Hökumət Ödəniş Portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,2 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Bu barədə Teleqraf.com-a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilir ki, fondda vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində cari ilin 10 ayı ərzində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalıb.

Naibə QURBANOVA