BAKI, 26 sentyabr. TELEQRAF

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasına xidmət edəcək.

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə keçirilmiş Vaşinqton sammitinin mühüm nəticələrindən biri olan TRIPP Zəngəzur dəhlizinin tərkib hissəsidir.

Bayramovun sözlərinə görə, layihə regional ticarət, iqtisadi inteqrasiya və inkişaf üçün yeni imkanlar açacaq.