BAKI, 11 noyabr. TELEQRAF
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Geka Geladze ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, G.Geladze türk xalqına başsağlığı verib və axtarış-xilasetmə əməliyyatı bölgəsinə getdiyini deyib.
Türkiyə Prezident Administrasiyası media orqanlarını hadisəni işıqlandırarkən yalnız ölkənin rəsmi strukturlarının məlumatlarına əsaslanmağa çağırıb.