BAKI, 11 noyabr. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi bu gün qəzaya uğrayan C130 hərbi yük təyyarəsində olan hərbçilərin sayını açıqlayıb.
Teleqraf xəbər verir ki, nazirliyin məlumatında təyyarədə 20 hərbi personalın olduğu bildirilib.
Qeyd edək ki, bu gün Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Qəza yerində axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın səbəbi açıqlanmayıb.