BAKI, 6 noyabr. TELEQRAF
Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.
O, bildirib ki, aktyorun vida mərasimi sabah saat 13:00-da yaşadığı mənzildə keçiriləcək.
Qeyd edək ki, Vahid Əliyev bu gün uzun sürən xəstəlikdən vəfat edib.