BAKI, 12 oktyabr. TELEQRAF

"Bu gün məhkəmə hakimiyəti cəmiyyətin fundamental dəyərlərinin keçiyində dayanan qarantdır. Təbii ki, qərarların qəbul edilməsində məhkəmə hakimiyyəti hər hansı səhvlərdən qoruyur. Azərbaycanda qanunvericilik, icra və məhkəmə orqanları arasında əməkdaşlıq var".

Teleqraf xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında deyib.

"Ədalət o zaman zəfər çala bilər ki, o, hansısa bir fəaliyyətin mərkəzində dayanan bünövrə kimi götürülsün", - deyə qeyd edib.