BAKI, 12 oktyabr. TELEQRAF
"Biz hakimlər olaraq çalışacağıq ki, gənc hakimlər nəslini formalaşdıraq. Biz öz təcrübələrini onlara aşılamalıyıq. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu hər zaman da davam edəcək. Azərbaycan hakimləri olaraq Beynəlxalq Hakimlər Assosiasiyasına hər zaman dəstək verəcəyik"
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının iclasında deyib.
Onun sözlərinə görə, müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini ədalət, qanunçuluq prinsipləri əsasında qurmağa başlayıb.
İ.Kərimov qeyd edib ki, bu tədbirin bu il Azərbaycanda keçirilməsi çox önəmlidir: "Bu, həm Konstutusiyamızın 30 illiyi, həm də ölkə ərazimizin bərpasının 5 illiyi ilə bağlıdır. Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir".