BAKI, 7 sentyabr. TELEQRAF

Bakı vaxtı ilə saat 19:28-də Ay Yerin penumbrasına toxunaraq, Ay tutulmasının penumbral fazasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu mərhələ gözə görünmür, çünki Yer peykinin parlaqlığı cüzi dəyişir.

Yalnız xüsusi fotometrik cihazlar Ayın parlaqlığının dəyişməsini göstərə bilər.

Qeyd edək ki, “qanlı Ay” tutulması son yeddi ildə ilk dəfə dünyanın əksər hissələrində müşahidə edilir.

Yarımkölgəli Ay tutulması saat 19:28də, qismən tutulma saat 20:27-də, tam tutulma isə saat 21:30-da başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək.

Ay tutulması Yer, Ay və Günəşin bir xətt üzərində yerləşməsi nəticəsində baş verir. Yer Günəşlə Ayın arasına keçir və Yer kürəsinin kölgəsi Ayın səthinə düşür. Atmosferdə işıq sınması nəticəsində Ay qırmızımtıl rəngdə görünür. Bu səbəbdən də tutulma "qanlı Ay" adlanır.

Təbiət hadisəsini Azərbaycanla yanaşı, Avropa, Asiya və Afrikanın böyük hissəsində, eləcə də Şimali Amerikanın bəzi dövlətlərində qismən izləmək mümkündür.