BAKI, 28 avqust. TELEQRAF
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ABŞ-nin İsraildəki səfiri Mayk Hukabi ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Muxtar Məmmədov sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, İsrail səfiri ilə Vaşinqton görüşü barədə fikir mübadiləsi aparılıb: “ABŞ-nin İsraildəki səfiri Mayk Hukabi ilə Prezident Donald Trampın 3 həftə əvvəl Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə keçirdiyi Tarixi Sülh Sammitindən sonra Cənubi Qafqazda açılan perspektivləri müzakirə edən gözəl görüş keçirdik”.