BAKI, 9 avqust. TELEQRAF
İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır.
Teleqraf xəbər verir ki, bunu Krallığın XİN rəsmisi Sufyan əl-Qudat bildirib.
Onun sözlərinə görə, tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək.
XİN-in sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasının cəhdlərini yüksək qiymətləndirib.