Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə portuqaliyalı həmkarı Paulo Vizeu Pinheiro ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə sosial şəbəkə hesabında paylaşım edib.

Portuqaliyanın NATO-dakı daimi Nümayəndəsi Paulo Vizeu Pinheiro ilə əla görüşüm oldu. Görüş zamanı Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində NATO ilə tərəfdaşlığa dair məhsuldar müzakirələr apardıq", - paylaşımda qeyd olunub.