BRİKS sammiti zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ayağını tapdayıblar.

Teleqraf.com xəbər verir ki, yayılan kadrlarda sammit iştirakçılarından birinin Lavrovun yanından keçərək ayağını tapdadığı ​​görünür.

Bundan sonra nazir həmin şəxsə nəsə deyib. Onun sözləri yaxınlıqda əyləşən Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovu güldürüb.

Lavrovun ayağını kimin tapdaladığı hələ məlum olmayıb.