İsrail qırıcıları Beyrutun cənub ətrafına zərbələr endirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rafik Həriri Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən “Burj əl-Barajna” qaçqın düşərgəsindən güclü partlayış səsləri eşidilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) tanklarının Livanın cənubundakı Rmeiş kəndinə daxil olduğu məlum olub .