Xalq artisti Emin Ağalarov sosial şəbəkədə sahibi olduğu istirahət mərkəzindən Xəzər dənizinə çirkli suların axıdıldığına dair iddialarla cavab vermişdi.
Teleqraf.com xəbər verir ki, bu gün Ağalarov "Instagram" hesabında video paylaşaraq bu məsələyə təkrar qayıdıb.
Borudan yalnız təmiz su axdığını deyən müğənni izləyicilərini inandırmaq üçün bu suyun altında çimib: "Bu boru haqqında hamı deyirdi ki, bu tullantıdır, bu isə təmiz Xəzər suyudur. Bunu isbat etmək üçün, suyun altında çiməcəm. Su axır, əlimdə qum qalır. Su təmizdir, duzludur".