ABŞ-ın keçmiş prezidenti Donald Trampa güllə açan Tomas Metyu Kruksun evindən daha bir şübhəli əşya tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.

Bürodan bildirilib ki, FTB əlavə sübut toplamaq üçün Kruksun evində və avtomobilində axtarış aparıb. Evində və maşınında aşkar edilən şübhəli qurğular texniklər tərəfindən təhlükəsiz şəkildə mühafizə olunub və laboratoriyada qiymətləndirilir.

Xatırladaq ki, iyulun 13-də ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa sui-qəsd cəhdi edilib, siyasətçi xəsarət alıb.