Ermənistan Baş naziri Nikol Paşinyanın təhlükəsizliyini Türkiyə xüsusi təyinatlıları təmin etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli jurnalist Nevzat Çiçək deyib.
Jurnalist xatırladıb ki, Paşinyan erməni cəmiyyətini “Böyük Ermənistan” xülyasından əl çəkməyə və indiki Ermənistanı sərhədlərini qəbul etməyə çağırıb.
Onun sözlərinə görə, Paşinyan erməniləri mif və saxta tarixi iddialarından uzaqlaşdırmağa çalışır.
Çiçək Ermənistan baş nazirinin helikopteri ilə bağlı son olayı da xatırladıb və baş verən hadisədən narahat olduqlarını qeyd edib. O vurğulayıb ki, sözləri bir çoxlarını qəzəbləndirsə də, Nikol Paşinyanın təhlükəsizliyinin Türkiyə xüsusi təyinatlıları tərəfindən təmin edilməsində israrlıdır.