Ermənistandakı siyasi prosesləri bu ölkənin daxili işi hesab edirik.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvandakı etiraz aksiyalarını şərh edərkən deyib.
Rusiya rəsmisi keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkata açıq dəstək verməsə də, revanşistlərin Azərbaycana qarşı irəli sürdükləri separatçı ərazi iddialarını gündəmə gətirib:
“İrəvan və bölgələrdəki etirazçılara gəlincə, narazılıq digər məsələlərlə yanaşı, onların fikrincə, bəzi anklav kəndlərinin sərhədlərinin müəyyənləşdirilməsinin tam ədalətli olmaması ilə bağlıdır”.
Revanşistlər Azərbaycana qaytarılan 4 kənd və anklavların "ermənilərə məxsus olduğunu və sərhədlərin düzgün çəkilmədiyini" iddia edirlər. Ermənistan rəhbərliyi artıq bu ərazilərin Azərbaycana məxsusluğunu təsdiqləyib. Sərhədə bitişik 4 kənd də qanuni sahibinə - Azərbaycana qaytarılıb.