Avropa Birliyinin (AB) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter Sünik vilayətinə (Zəngəzur) səfər edib və Gorusda missiya heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə AB missiyası məlumat yayıb.

Həmçinin missiyanın əməkdaşlarının Ermənistanla Azərbaycan sərhədindəki Qaragölə baş çəkdikləri bildirilir.

“Misiya rəhbəri Markus Ritter Gorusda AB-nin müşahidə missiyasının əməkdaşları ilə görüşüb. Komanda Ermənistan və Azərbaycan sərhəddində yerləşən Qaragölə də baş çəkib. Bu günə qədər AB missiyası 2300-dən çox patrul həyata keçirib”, - açıqlamada deyilir.