Erməni kilsəsi və radikal müxalifətin uğursuz cəhdləri Baş nazir Nikol Paşinyanın mövqelərini gücləndirir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert revanşistlərin Ermənistanda davam edən səmərəsiz etiraz aksiyalarına diqqət çəkib:

“Ermənistanda özünü “baş nazir” elan edən, vətəndaş qarşıdurması yaratmağa ümid edən Baqrat Qalstanyan artıq ağlını itirib, Bakıya da ucuz mesajlar verməyə başlayıb. Bu cübbəli təlxək həm dünya, həm də regionda siyasi gündəmin nə qədər dəyişdiyini anlamır. Əlbəttə, o, verilən sifarişləri yerinə yetirir, ola bilsin, sələfləri kimi ev, maşın və başqa şeylər üçün pul yığır, amma bugünkü iqtidardakıların konsert üçün pul xərclədiklərinə inanmıram.

Konsert bahadır, gəlirsizdir və heç kim topal ördəklə mərcə girməz. Paşinyan da bunu başa düşür və hakimiyyətdəki mövqelərini möhkəmləndirmək üçün hər şeyi edir, kilsə-müxalifət birliyi amilini ciddiyə almayaraq, özü bütün maraqlı ölkələrin rəhbərlikləri ilə birbaşa danışıqlar aparmağa çalışır.

Paşinyanın Avropa paytaxtları, Moskva və Tehrana səfərləri də məhz bununla bağlıdır.

Ümumiyyətlə, Paşinyan düzgün yoldadır. Nə qədər ki etiraz aksiyasına cübbəli təlxəklər rəhbərlik edir, Paşinyanın öz kursunu gücləndirmək və regional deeskalasiya istiqamətində hərəkət etmək şansı yüksəkdir”.