Moskva vilayətində “Crocus City Hall” konsert zalındakı terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisədən danışıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb.

“Crocus City Hall”da qarderob işçisi olan E. Hüseynov baş verənlərin gözlənilməz olduğunu deyib:

“Zalda bizdən daha pis vəziyyətdə qalan insanlara görə narahat olmağa başladım. Bacardığım qədər orada olanlara kömək etdim”.