Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ölkəsindən gələn deputatlarla Azərbaycanla sərhəddə yerləşən Zod qızıl mədənində olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Birliyinin Ermənistandakı monitorinq missiyası məlumat yayıb.
“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və Fransa Milli Assambleyasının deputatlarını Martunidə qonaq etməkdən məmnun olduq. Sotk (Zod) qızıl mədəni yaxınlığındakı fəaliyyətimiz və təhlükəsizliklə bağlı son durum barədə məlumatlandırdıq”, - missiya bildirib.
Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycan, 30-u Ermənistanın ərazisindədir.