Ermənistan daxili işlər naziri Vahe Qazaryan keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyanın İrəvandan kortejinin saxlanılması barədə danışıb.

Teleqraf.com xəbər verir ki, nazir korteji saxlanılarkən polisin Şahramanyanla kobud davranması barədə iddianı təkzib edib.

Həmçinin Qazaryan separatçının kortejlə hərəkət etmək hüququnun olmadığını və onun sıradan bir Ermənistan vətəndaşı olduğunu bildirib.

“Kortejin saxlanılması göstərişi olmayıb. Sadəcə patrul onun kortejdə hərəkət etmək hüququna malik olmadığı barədə xəbərdarlıq edib. Ümumiyyətlə, vətəndaşları kortejlə hərəkət etməməyə çağırıram. Bu, ancaq hökumətin qərarı ilə icazə verilən şəxslər üçün mümkündür. Patrul özünü mədəni aparıb, yaxınlaşıb, xəbərdarlıq edib. Məncə, artıq heç nə yoxdu”.