Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də görüşünün təşkili ilə bağlı razılaşma yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts məlumat verib.

Hazırda Azərbaycan tərəfindən Vaşinqtonda görüşün keçirilməsi ilə bağlı razılığın olmadığını deyən Makunts həmçinin bildirib ki, ötən həftə ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda olub və Vaşinqtonda sülh danışıqlarının keçirilməsi imkanlarını da müzakirə edib.

“Hazırda heç bir dəqiqləşdirmə və razılaşma yoxdur”, - səfir söyləyib.

Yeri gəlmişkən, Luis Bono İrəvandan sonra Bakıya gəlməyib. Azərbaycan və ABŞ bunun səbəbini rəsmi şəkildə açıqlamayıb.