
“Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də keçiriləcək görüşündə sülhlə bağlı irəli doğru addım atılacağına ümid edirik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ümid edirik ki, Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək üçüncü zirvə toplantısı çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa Birliyi liderlərinin görüşü irəliyə doğru addım olacaq. Ermənistan Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən razılaşdırılan və Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel tərəfindən formalaşdırılan sülh yanaşmasını qətiyyətlə dəstəkləyir.
Biz suverenlik və qarşılıqlılıq prinsiplərinə hörmət edən gələcək nəqliyyat anlaşmalarını alqışlayırıq”, - spiker bildirib.